Haaqa Məhkəməsi sabah Ukraynanın iddiası üzrə qərar verəcək

haaqa-mehkemesi-sabah-ukraynanin-iddiasi-uzre-qerar-verecek
Oxunma sayı: 2590

Haaqa Beynəlxalq Məhkəməsi Rusiya tərəfindən başladılan müharibə ilə bağlı Ukraynanın iddiası üzrə qaldırılan iş üzrə qərar verəcəyi tarixi açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, məhkəmə iclası martın 16-na təyin edilib.

Bu barədə Beynəlxalq Ədalət Məhkəməsinin mətbuat xidməti Tvitterdə məlumat yayıb.

Qeyd olunur ki, qərar martın 16-da Kiyev vaxtı ilə saat 17:00-da elan ediləcək.