Haaqa Məhkəməsi Ukraynadakı soyqırımla bağlı Rusiyaya qarşı işə baxacaq

haaqa-mehkemesi-ukraynadaki-soyqirimla-bagli-rusiyaya-qarsi-ise-baxacaq
Oxunma sayı: 1873

Beynəlxalq Haaqa Məhkəməsi payızda Rusiyanın ukraynalıların soyqırımı ilə bağlı ittihamları üzrə işinə baxmağa başlayacaq.

“Qafqazinfo” “UNİAN”a istinadən xəbər verir ki, bu barədə Ukraynanın Beynəlxalq Məhkəmədəki agenti, Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Anton Korineviç məlumat verib.

“Biz iyulun 1-də memorandum verdik. Rusiya sentyabrın sonuna qədər bu iş üzrə məhkəmənin yurisdiksiyasına etirazını bildirməlidir”, - o, deyib.