Haaqa məhkəməsində Rusiyayla bağlı dinləmələr başlayır - Ukrayna üçün tarixi an

haaqa-mehkemesinde-rusiyayla-bagli-dinlemeler-baslayir
Oxunma sayı: 1210

BMT-nin Haaqadakı Beynəlxalq Məhkəməsində Ukraynanın Rusiyaya qarşı irqi ayrı-seçkilik və terrorizmi maliyyələşdirmə ilə bağlı iddiaları üzrə dinləmələrə başlanılır.

Qafqazinfo” Ukrayna KİV-nə istinadən xəbər verir ki, dinləmələr bu gündən başlayaraq martın 9-na kimi davam edəcək. Tərəflər növbə ilə öz mövqelərini təqdim edəcəklər.

Ukrayna prezidenti Petro Poroşenko isə bunu tarixi məqam adlandırıb: “Ukrayna BMT-nin Haaqadakı Beynəlxalq Məhkəməsində Rusiyanın cinayətlərini sübut edəcək. Həqiqət silahdan güclüdür”.