“Hababam sinfi” yenidən çəkilir

hababam-sinfi-yeniden-cekilir
Oxunma sayı: 2443

Məşhur “Hababam sinfi” kinolar silsiləsinə daha biri əlavə ediləcək.

“Qafqazinfo” TRT-yə istinadən xəbər verir ki, yeni çəkiləcək filmin 2019-cu ildə kinoteatrlarda nümayiş etdirilməsi planlaşdırılır.

Məlumata görə, yeni ekran işi Doğa Can Anafartanın rejisorluğu ilə çəkilir. Ssenarini isə Evren Ərdoğan və Ayşe Balıbey yazıb.

Çəkilişləri 6 həftə davam edəcək filmin aktyor heyəti internetdən verilən elan yolu ilə müəyyənləşəcək.

Qeyd edək ki, ilk dəfə 1975-ci ildə ekranlaşdırılan “Hababam sinfi” əfsanəvi rejissor Ertem Eğilmez tərəfindən yazıcı Rıfat İlqazın romanı əsasında çəkilib. Bundan sonra 1981-ci ilə qədər eyni başlıqda 5 film lentə alınıb.