“Ümumdünya Səhiyyə Təşkilatının məsləhətçisi qismində Azərbaycana səfər etmiş professor Önder Ergönülün HaberTurk telekanalına müsahibəsi zamanı verdiyi açıqlama ilə bağlı bildiririk ki, orada verilən açıqlamalar onun şəxsi fikirləridir və ÜST-nin rəsmi mövqeyini əks etdirmir”.
“Qafqazinfo” xəbər verir ki, bu barədə ÜST-nin açıqlamasında qeyd olunub.
“ÜST-nin mandatı hər bir ölkədə, o cümlədən Azərbaycanda inkişaf üçün sahələri müəyyənləşdirmək, COVID-19 təhlükəsinə qarşı cavab tədbirlərinin gücləndirilməsinə dəstək göstərməkdir. ÜST-nin Azərbaycandakı Ölkə Ofisi regional ofis və baş qərargahla sıx təmasda olmaqla hökümətlə kliniki idarəetmə, infeksiyaların qarşısının alınması və nəzarət, eləcə də risk kommunikasiyası daxil olmaqla önəmli sahələrdə əməkdaşlıq edir.
Fürsətdən istifadə edərək, Ümumdünya Səhiyyə Təşkilatı COVİD-19-la bağlı milli və beynəlxalq səviyyədə göstərdiyi ciddi səylərə görə Azərbaycan hökumətinə dərin minnətdarlığını bildirir”, -deyə məlumatda vurğulanıb.
Son xəbərlər
Son Xəbərlər