Habil Əliyev xəstəxanaya düşdü

habil-eliyev-xestexanaya-dusdu
Oxunma sayı: 2180


"Qafqazinfo" modern.az-a istinadən xəbər verir ki, 5 gün əvvəl vəziyyəti ağırlaşan Habil Əliyev Bakı Sağlamlıq Mərkəzinə gətirilib və həkimlərin məsləhətilə bu tibb ocağına yerləşdirilib. 

Xalq artistinin ağciyərində və tənəffüs borusunda problem olduğu bildirilir. 

Xalq artistinin qızı iyunun 5-də axşam saatlarında atasını xəstəxanadan evə aparıb. Həkim xalq artisinin vəziyyəti yaxşılaşdığına görə onu evə buraxıblar.

Qeyd edək ki, bir neçə gün öncə - mayın 28-də Habil Əliyevin 87 yaşı tamam olub.