Habil Əliyevlə vida Filarmoniyada keçiriləcək

habil-eliyevle-vida-filarmoniyada-kecirilecek
Oxunma sayı: 2630

Sentyabrın 9-da xalq artisti Habil Əliyevlə vida mərasimi keçiriləcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə APA-ya xalq artistinin yaxınları bildirib. Bir neçə saat əvvəl uzun sürən xəstəlikdən evində vəfat etmiş xalq artisti, məşhur kaman ustası Habil Əliyevlə vida mərasimi sentyabrın 9-da saat 10.00-dan 12.00-dək Azərbaycan Dövlət Filarmoniyasında keçiriləcək.

Xalq artistinin dəfn olunacağı yerin hələ dəqiqləşdirilmədiyi bildirilib.