Hacı Əliyev haqqında qərar dəyişdi - Yenilənir

Hacı Əliyev haqqında qərar dəyişdi
Oxunma sayı: 5514

Nur-Sultanda keçirilən dünya çempionatında rusiyalı idmançı Hacımurad Rəşidova uduzan Hacı Əliyevin hakimlərə etiraz etdiyini, onlara hücum çəkdiyini xəbər vermişdik. “Qafqazinfo”nun məlumatına görə, qalmaqala səbəb olan idmançımız dünya çempionatından diskvalifikasiya olunub. 

Belə ki, onun rəqibi Rəşidov finala çıxsa belə, Əliyev təsəlliverici görüşlərə qatılmayacaq. Bununla da o, bürünc medal şanslarından da məhrum olub. 

Hacı Əliyev qarşıda 2020-ci ildə Tokioda keçiriləcək Olimpiadaya lisenziya verəcək 3 turnirdə iştirak  edəcək. Hakimlərin ona göstərdiyi qırmızı vərəq isə yalnız hazırda davam edən dünya çempionatından diskvalifikasiya olunduğu anlamına gəlir. 

***

Beynəlxalq Güləş Federasiyası Hacı Əliyevə güzəşt edib. İdmançımız Rəşidovun finala çıxması halında təsəlliverici görüşlərə qatılacaq. 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi