Hacı İbrahim Nehrəmlinin şirkəti məhkəməyə verildi

haci-ibrahim-nehremlinin-sirketi-mehkemeye-verildi
Oxunma sayı: 2885

“Bakı Mexanikləşdirmə-1” ASC “Avesta Konsern” MMC-ni məhkəməyə verib.

Qafqazinfo”nun Report-a istinadən məlumatına görə, ASC xidmətin və icarə haqqının ödənilməsi barədə tələb irəli sürüb.

2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi iddianı təmin edib. Qərardan narazı qalan “Avesta Konsern” MMC apellyasiya şikayəti verib. İşə Bakı Apellyasiya Məhkəməsində baxılır.

Xatırladaq ki, “Avesta Konsern” MMC-nin sahibi Hacı İbrahim Nehrəmlidir. Tərkibinə bir neçə şirkət daxil olan “Avesta Konsern” çoxmərtəbəli yaşayış binalarının və digər obyektlərin tikintisi ilə məşğul olur.