"Qafqazinfo" "Report"a istinadən xəbər verir ki, şirkət vergi borcunun ləğv edilməsi barədə iddia qaldırıb. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi iddianı təmin etməyib. Bakı Apellyasiya Məhkəməsi 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qəbul etdiyi aktı qismən ləğv edib və yeni qərar qəbul edib. Hazırda işə Azərbaycan Ali Məhkəməsində baxılır.
Vergi borcunun məbləği açıqlanmır.
“Avesta Konserni” MMC-nin sahibi Hacı İbrahim Nehrəmli “Report”a açıqlamasında şirkətin vergi orqanlarını məhkəməyə verməsindən xəbərsiz olduğunu deyib.
***
“Qafqazinfo” məsələ ilə bağlı Vergilər Nazirliyinin Analitik-informasiya şöbəsinin əməkdaşı Şahin Məmmədovla əlaqə saxlayıb. O “Avesta Konserni” nin Vergilər Nazirliyini məhkəməyə verdiyini təsdiqləyib: “Avesta Konserni” MMC ona hesablanmış torpaq vergisini məhkəmədə mübahisələndirib və hazırda məhkəmə çəkişməsi davam edir”.
Son xəbərlər
Son Xəbərlər