Hacı Məmmədovla birgə tutulan ömürlük məhkum həbsdə öldü

haci-memmedovla-birge-tutulan-omurluk-mehkum-hebsde-oldu
Oxunma sayı: 4509

Silsilə oğurluq və qətllərin sifarişində təqsirləndirilərək ömürlük azadlıqdan məhrum edilmiş Husain Abdulvahabov həbsdə ölüb.

"Qafqazinfo" xəbər verir ki, “Kriminalqafqaz”ın əldə etdiyi məlumata görə, Abdulvahabov Husain Mitsiyeviç oğlu yanvarın 19-da Penitensiar Xidmətin müalicə müəssisəsində vəfat edib.

Qeyd edək ki, H.Abdulvahabov 2005-ci ildə həbs edilən DİN-in sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədovun yaxın adamı olub. 

Onlar MTN-in "Qara kəmər" kod adı ilə həyata keçirdiyi əməliyyatla saxlanılıb. Nəticədə uzun illər bağlı qalan sifarişli qətllər və adam oğurluqlarının bir qisminin üstü açılıb. Rəsmi istintaq sənədlərində Hacı Məmmədovun həyat yoldaşı Nailə Quliyevanın da daxil olduğu qrup bir sıra vəzifəli şəxslərin və onların ailə üzvlərinin oğurlanması, habelə qətlində təqsirli biliniblər. 

H.Məmmədov 2017-ci ildə həbsxanada özünü asaraq intihar edib.

Qeyd edək ki, bununla bağlı ilk xəbəri Lent.az yayıb.

Amin Nəzərli