Bu gün Dövlət Təhlükəsizlik Xidməti tərəfindən keçirilən əməliyyat nəticəsində saxlanılan Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimov barəsində məhkəmə qərarı verilib.
“Qafqazinfo”ya daxil olan məlumata görə, onun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı müstəntiq Cavid Quluzadə tərəfindən verilən vəsatətə Səbail Rayon Məhkəməsində baxılıb.
Prosesdə hakim Rauf Əhmədov Natiq Kərimov barəsində dörd ay müddətində həbs qətimkan tədbiri seçib.
N.Kərimov Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət, yəni Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və ya müdafiə qabiliyyəti zərərinə olaraq Azərbaycan Respublikasının vətəndaşı tərəfindən qəsdən törədilən əməl: düşmən tərəfinə keçmə, casusluq, dövlət sirrini xarici dövlətə vermə, Azərbaycan Respublikasına qarşı düşmənçilik fəaliyyəti aparmaqda xarici dövlətə, təşkilata və ya onların nümayəndələrinə kömək etmə) maddəsi ilə ittiham olunur.
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər