“Hacı Nuran heç bir yerə transfer olunmayıb”

“Hacı Nuran heç bir yerə transfer olunmayıb”
Oxunma sayı: 2602

Aparıcı Hacı Nuran Hüseynov ATV-dən Xəzər TV-yə keçid etməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

“Qafqazinfo”nun məlumatına görə, bu barədə sosial şəbəkə hesabında status yazan aparıcı yazılanların həqiqəti əks etdirmədiyini bildirib.

“Əziz həmkarlar, hörmətli kolleqalar! Jurnalistikanın çox etik bir qanunu var: informasiya birtərəfli yazılmaz, mütləq qarşı tərəfin fikri öyrənilməlidir. Öyrənilmirsə, bu, qərəzdir. Yaşadığım bu ömür payında mənimlə kiminsə qərəzi olduğunu ağlıma belə gətirməzdim. Çünki həmişə əl tutdum, kömək etdim. Xəstə yatağında belə, xalqımı düşündüm Milyonların arzusunu, istəyini nəzərə alıb, televiziya layihələri hazırladım.

Bu layihələrin hansı kanalda yayımlanması əgər kimlər üçünsə qaranlıqdırsa, deyim: istər Xəzər TV, istərsə də ATV olsun. Mənə dost, qardaş olan kanallardır və hər ikisinin qapısı həmişə mərhəmətin, xeyirxahlığın üzünə açıq olub. Bu səbəbdəndir ki, mənim “Həyat” layihəm ATV tamaşaçısının ən sevilən verilişlərindəndir.

Və düşünəndə ki, hər kanalın öz tamaşaçısı var, digər bir layihəyə doğma bir tv-də - Xəzər TV-də başlamaq qərarına gəldim. Bir az fərqli kontekstdə amma. Təklif bəyənildi və İnşallah yeni mövsümdən Xəzər TV-də də bir “Xeyir körpüsü” salınacaq. Yəni anladığınız qədər Hacı Nuran heç bir yerə transfer olunmayıb. Verilişlər hər iki kanalda gedəcək. Və sağ olsun hər iki kanal rəhbərliyi ki, məni seçim qarşısında qoymayıblar”, - Hüseynov yazıb.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi