Klinikanın onkologiya şöbəsində müalicə alan tele-aparıcı bu gün xəstəxana palatasında çəkdirdiyi şəkilləri sosial şəbəkədə paylaşıb.
“Qafqazinfo” “Axar.az”a istinadən xəbər verir ki, populyar “Xeyir körpüsü”, “Vətənimdir Azərbaycan” verilişlərinin sevilən aparıcısı ona dəstək verdiklərinə görə hər kəsə təşəkkürünü bildirib.
Qeyd edək ki, xərçəng xəstəliyindən əziyyət çəkən tanınmış jurnalist müalicə üçün bir müddət öncə Almaniyaya yola düşmüşdü. Şəkildən də göründüyü kimi, Hacı Nuranın müalicəsinin gedişi ilə bağlı nikbinlik yaranıb. Həmkarımıza Allahdan şəfa diləyirik.
Son xəbərlər
Son Xəbərlər