Səhər saatlarından baş tutan aksiyada obyekt sahibləri bir sıra tələblərini icra nümayəndələrinə bildirmək istədiklərini deyiblər.
Nəhayət Bakı Şəhər icra hakimiyyətinin başçısı Hacıbala Abutalıbov obyekt sahiblərindən ibarət nümayəndə heyətini qəbul edib. Ancaq görüş bitəndən sonra danışıqlardan razı qalan olmayıb.
Obyekt sahiblərinin sözlərinə görə, əgər onlara 1 il müddətində vaxt verilsə banklara olan külli miqdarda borclarını ödədikdən sonra həmin yerləri tərk edə bilərlər. Ancaq hələlik sahibkarlara icra hakimiyyətindən bu şərtlə bağlı heç bir konkret cavab verilməyib. .
Danışıqlar nəticəsində icra başçısı martın 17-də yenidən sahibkarlardan ibarət 15 nəfərlik heyəti qəbul edəcəyini və təkliflərə yenidən baxılacağına söz verib.
Anspress.com
Son xəbərlər
Son Xəbərlər