Hacıbala Abutalıbovun “Park-manat”ları…

hacibala-abutalibovun-park-manatlari
Oxunma sayı: 2097


Onun sözlərinə görə, terminallardan 6-sı quraşdırılıb, 7-cisi isə Heydər Əliyev Sarayının arxasında quraşdırılacaq. H.Abutalıbov deyib ki, mərkəzi küçələrdə maşınların dayanmasına icazə verilməyəcək.

"Qafqazinfo" xəbər verir ki, iqtisadçı ekspert Samir Əliyev "Azadlıq" qəzetinə açıqlamasında deyib ki, tənzimlənmə prosesi mühüm amildir, ancaq bu prosesin Azərbaycanda necə həyata keçirilməsi sual altındadır. Ekspert bildirdi ki, dünyanın müxtəlif yerlərində bu üsuldan istifadə edilir: “Həm şəhərdəki tıxacları tənzimləmək, həm də avtomobillərin təhlükəsizliyi baxımından yeni tətbiq olunan qaydalar normaldı. Ancaq biz bir qayda olaraq xaricdəki təcrübənin pis tərəfini götürürük. Yəni xidmətin keyfiyyəti, müştərilərin razı salınmasından çox, qiymət məsələsinə üstünlük veririk. Digər tərəfdən, bizdə ”parkovka" üçün münasib yerlər yoxdur. Ümumiyyətlə, bu terminalların öz təyinatı üzrə işləyəcəyi, əldə olunan vəsaitin büdcəyə ödəniləcəyi sual altındadır".
Ekspert onu da əlavə etdi ki, “parkovka”larla daha çox bələdiyyələr məşğul olmalıdır. Çünki insanlar bələdiyyələrdən tələb edə bilərlər, yığılan pulların taleyi ilə bağlı hesabat istəyərlər. Indi bu terminallar BŞIH-nin nəzarətindədir və bu qurumun əhali qarşısında heç bir hesabatlılığı yoxdur.