Qondarma Abxaziya respublikasının “Prezident”i Raul Hacimba ölkədə stabilliyin qorunması naminə istefa verdiyini açıqlayıb.
“Qafqazinfo”nun “BBC”yə istinadən verdiyi xəbərə görə, o, “Ali Məhkəmə” Prezident seçkilərini etibarsız elan etdikdən sonra belə bir qərar verib. Buna müxalifətin keçirdiyi etiraz aksiyaları da təsir edib.
Abxaziyada növbədənkənar Prezident seçkilərində iştirak edib-etməyəcəyinə dair sualı cavablandıran Hacimba “Həyat göstərəcək” deyə bildirib.
Qeyd edək ki, parlament “Prezident”in istefasını rəsmi şəkildə qəbul etməlidir. Bu gün bu məsələyə baxılacaq.
Son xəbərlər
Son Xəbərlər