Hacıqabul gəncləri and içdi

haciqabul-gencleri-and-icdi
Oxunma sayı: 1193


“Qafqazinfo”ya daxil olan məlumata görə, DİN-in Daxili Qoşunlarının Bakı şəhərin də və Hacıqabul rayonunda yerləşən hərbi hissələrində gənc əsgərlərin təntənəli andiçmə mərasimləri keçirilib. Mərasimdə Daxili Qoşunların Baş İdarəsindən yüksək rütbəli hərbi qulluqçular, qoşunların Veteranlar Şurasının üzvləri, həmçinin əsgər valideynləri iştirak ediblər.

Nümunəvi-Göstərici Hərbi Orkestrin ifası ilə Döyüş Bayrağı sıra meydanına gətirildikdən sonra Daxili Qoşunların yaranma tarixi, döyüş yolu, inkişaf və quruculuq dövrü barədə mərasim iştirakçılarına geniş məlumat verilib.

Mərasim şəxsi heyətin tribuna önündən təntənəli keçidi ilə başa çatıb.