Hacıqabul sakini toyda bıçaqlandı

haciqabul-sakini-toyda-bicaqlandi
Oxunma sayı: 1601

İyulun 23-də gecə saatlarında Hacıqabul rayon sakini Vüsal Məmmədovun sinə nahiyyəsinə bıçaqla yetirilmiş xəsarət ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına gətirilməsi barədə Hacıqabul Rayon Polis Şöbəsinə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan “Qafqazinfo”ya verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində zərərçəkənə xəsarət yetirən İlkin Məmmədov saxlanılıb.

O, dindirilmə zamanı törətdiyi əməli etiraf edərək, V.Məmmədova aralarında yaranmış mübahisə zəminində bıçaqla xəsarət yetirdiyini bildirib.

Faktla bağlı Hacıqabul RPŞ-də araşdırmalar aparılır.