Hacıqabulda 25 yaşlı ana doğuşdan sonra öldü

haciqabulda-25-yasli-ana-dogusdan-sonra-oldu
Oxunma sayı: 2583

Hacıqabulda ana doğuşdan sonra ölüb.

"Qafqazinfo"nun məlumatına görə, bu gün Hacıqabul rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsində rayonun Atbulaq kənd sakini, 1995-ci il təvəllüdlü Bəşirova Fəxriyyə Mehman qızı oğlan uşağı dünyaya gətirdikdən bir neçə saat sonra kəskin qanaxma səbəbindən həyatını itirib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Tural Hüseynli