Hacıqabulda 49 yaşlı qadın intihar etdi

haciqabulda-49-yasli-qadin-intihar-etdi
Oxunma sayı: 2063

Hacıqabulda 49 yaşlı qadın intihar edib.

"Qafqazinfo"nun məlumatına görə, rayonun Bürvənd kənd sakini, 49 yaşlı Abbasova Şölə Abbas qızı özünü yaşadığı həyətin çardağından asaraq intihar edib. Onun asılmış vəziyyətdə meyiti yaxınları tərəfindən aşkar edilib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Tural Hüseynli