Hacıqabulda ağır qəza - 5 yaralı

haciqabulda-agir-qeza
Oxunma sayı: 1245

Bakl-Qazax magistral yolunun Hacıqabul rayonu Qızılburun kəndi ərazisindən keçən hissəsində “Mersedes” və “Niva” markalı avtomobillər toqquşub.

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, nəticədə “Mersedes” yolayırıcındakı metal səddə çırpılıb.

Qəza zamanı avtomobildə olan 5 nəfər xəsarət alaraq Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib.

Hadisənin təfərrüatları müəyyənləşdirilir.