Hacıqabulda birinci rübün hesabatı verildi - Fotolar

haciqabulda-birinci-rubun-hesabati-verildi
Oxunma sayı: 1217

Dünən Hacıqabul rayon İcra Hakimiyyəti 2019-cu ilin birinci rübünə dair sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirib.

“Qafqazinfo” xəbər verir ki, yığıncaqda Prezidentin Administrasiyasının məsul işçisi Əlibaba Əliyev və icra başçısı aparatının məsul işçiləri, başçının şəhər, qəsəbə və kəndlər üzrə nümayəndələri, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhər, qəsəbə və kəndlərin bələdiyyə sədrləri daxil olmaqla 120 nəfər iştirak edib.

Rayon icra başçısı Əhməd Muxtarov çıxış edərək 2019-cu ilin birinci rübündə görülən işlər barədə məlumat verib.

Daha sonra Əlibaba Əliyev çıxış edərək Hacıqabul rayonunda 2019-cu ilin birinci rübündə görülən işləri müsbət qiymətləndirib və növbəti aylarda bu inkişaf tempini qoruyub saxlamağı tövsiyə edib.