Hacıqabulda dəmir yolu vaqonu yandı

haciqabulda-demir-yolu-vaqonu-yandi
Oxunma sayı: 885

Bu gün Hacıqabul rayonu, Talış kəndində ümumi sahəsi 24 m2 olan dəmir yolu vaqonunun taxta üzlüyü və içərisində olan əşyalar yanıb.
 

“Qafqazinfo”nun Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, digər vaqonlar yanğından mühafizə olunub.
 
Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.