Hacıqabulda intihara cəhdin qarşısı alınıb

haciqabulda-intihara-cehdin-qarsisi-alinib
Oxunma sayı: 2490

Hacıqabul rayonunda intihar cəhdin qarşısı alınıb.

"Qafqazinfo" FHN-ə istinadən xəbər verir ki, bu barədə məlumat nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olub.

Məlumata əsasən, bir nəfər işıq dirəyinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.