Hacıqabulda “KamAZ” aşdı, yol bağlandı - Fotolar

haciqabulda-kamaz-asdi-yol-baglandi
Oxunma sayı: 2576

Bakı-Qazax magistral yolunun Hacıqabul rayonu ərazisindən keçən hissəsində “KamAZ” markalı yük maşını qəzaya uğrayıb.

“Qafqazinfo” xəbər verir ki, daş daşıyan avtomobil idarəetmədən çıxaraq aşıb. Nəticədə yük yola dağılıb və avtomobillərin hərəkəti dayanıb.

Hazırda yolda tıxac müşahidə edilir.

Yolun açılması üçün hadisə yerinə qaldırıcı kran və digər texniki vasitələr cəlb edilib.

Qeyd edək ki, məlumatı təhsil eksperti Kamran Əsədov Feysbuk hesabında paylaşıb.