Hacıqabul rayonunda avtomobil 12 yaşlı uşağı vurub.
“Qafqazinfo”nun APA-ya istinadən məlumatına görə, hadisə Bakı-Qazax yolunun Hacıqabul rayonu, Nəvahi qəsəbəsindən keçən hissəsində qeydə alınıb.
Kənd sakini, 2005-cü il təvəllüdlü Ağamalıyev Ramil Rəfayət oğlu “10 LH 551” dövlət nömrə nişanlı “Tavriya” markalı avtomobil tərəfindən vurulub.
Ağır xəsarətlər alan yaralı Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirlib.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
Son Xəbərlər