Hacıqabulda maşın aşdı, sürücü öldü

Hacıqabulda maşın aşdı, sürücü öldü
Oxunma sayı: 970

Hacıqabulda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

"Qafqazinfo"nun məlumatına görə, hadisə rayonun Pirsaat kəndində baş verib.

Belə ki, Şirvan şəhər sakini, 1990-cı il təvəllüdlü Hüseynov Elvin Sayadan oğlu idarə etdiyi “Hyundai” markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirərək aşırdıb.

Qəza zamanı sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Tural Hüseynli


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi