Hacıqabulda maşın aşdı, sürücü öldü

haciqabulda-masin-asdi-surucu-oldu
Oxunma sayı: 1360

Hacıqabulda ölüm ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo”nun məlumatına görə, hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, Şirvan şəhər sakini, 1967-ci il təvəllüdlü Məmmədsoy İlham Qərib oğlu idarə etdiyi “KİA” markalı minik avtomobili ilə hərəkətdə olarkən qəfildən avtomobili aşırdıb.

Nəticədə İ.Məmmədsoy müxtəlif dərəcəli bədən xəsarəti ilə Hacıqabul rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, bir gün sonra dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Tural Hüseynli