Hacıqabulda növbəti dəfə zəlzələ olub

haciqabulda-novbeti-defe-zelzele-olub
Oxunma sayı: 1784

Aprelin 26-da yerli vaxtla saat 00:24-də Əli-Bayramlı stansiyasından 31 km şimalda Hacıqabul ərazisində zəlzələ qeydə alınıb.

Respublika Seysmoloji Xidmət Mərkəzindən "Qafqazinfo" bildirilib ki, zəlzələ 3,8 maqnituda gücündə baş verib.

Zəlzələ hiss olunmayıb.

Xatırladaq ki, aprelin 25-də saat 18:24-də Əli-Bayramlı stansiyasından 29 km cənubda, Hacıqabul ərazisində zəlzələ baş vermişdi. Zəlzələnin maqnitudası 3.6, dərinliyi 2 km olmuşdu.