Hacıqabulda oğul atanı bıçaqladı

haciqabulda-ogul-atani-bicaqladi
Oxunma sayı: 1641

Hacıqabulda oğul atasını bıçaqlayıb.

“Qafqazinfo”nun APA-ya istinadən məlumatına görə, bıçaqlanma hadisəsi Hacıqabul rayonunun Muğan kəndində qeydə alınıb. Kənd sakini Hənifəyev Vüsal Əhmədağa oğlu atası - 1960-cı il təvəllüdlü Hənifəyev Əhmədağa Şamil oğlunu ailə münaqişəsi zəminində bıçaqlayıb. Yan tərəfindən bıçaqlanan yaralı Şirvan şəhər xəstəxanasının cərrahiyə şöbəsində ambulator yardım alaraq evə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.