Hacıqabulda piyada qəzada öldü

haciqabulda-piyada-qezada-oldu
Oxunma sayı: 3270

Hacıqabulda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo”nun məlumatına görə, hadisə Bakı-Qazax avtomagistralının Hacıqabul şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, rayon sakini, 1983-cü il təvəllüdlü Qəhrəmanov Ramal Əhliman oğlu yolu keçmək istəyən zaman onu yüksək sürətlə hərəkət edən avtomobil vurub.

Ağır xəsarətlər alan R.Qəhrəmanov hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Tural Hüseynli