Hacıqabulda qadın zəhərələnərək öldü

haciqabulda-qadin-zeherelenerek-oldu
Oxunma sayı: 1961

Hacıqabulda 58 yaşlı qadın zəhərlənmədən ölüb.

"Qafqazinfo"nun məlumatına görə, Hacıqabul şəhər sakini Yuzbaşeva Kifayət Ağaqulu qızı sirkə turşusundan zəhərlənib.

Qadın yaxınlarının köməkliyi ilə rayon mərkəzi xəstəxanasına aparılıb.

Həkimlərin müdaxiləsinə baxmayaraq, qadının həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Tural Hüseynli