Hacıqabulda qəza - Piyada öldü

haciqabulda-qeza
Oxunma sayı: 1358

Hacıqabul rayonunda yol qəzası baş verib.

“Qafqazinfo”nun Daxili İşlər Nazirliyinə istinadən verdiyi məlumata görə, hadisə sentyabrın 24-də saat 21 radələrində Hacıqabul rayonunun Qarasu kəndində qeydə alınıb.

 Kənd sakini Şahin Şıxəliyev idarə etdiyi “Mitsubishi” markalı avtomobillə yolu keçən həmkəndlisi Röyal Babayevi vurub. Nəticədə xəstəxanaya yerləşdirilən R.Babayev orada ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.