Hacıqabulda “toy karvanı” qəzası- - Yaralılar var+Fotolar

haciqabulda-toy-karvani-qezasi-
Oxunma sayı: 3947


“Qafqazinfo”nun APA-ya istinadən xəbərinə görə, Bakı sakini 1958-ci il təvəllüdlü Rüstəmov Mülkədar Şamil oğlunun idarə etdiyi “MAN” markalı 90 ME 362 nömrəli nişanlı  yük maşını “toy karvanı”nda gedən İmişli rayon, Yalavac kənd sakini 1969-cu il təvəllüdlü Fərmanov Elxan Ağamoğlan oğlunun idarə etdiyi “Mercedes” markalı avtomobillə toqquşub. 

Nəticədə “Mercedes”də olan İmişli rayon Yalavac kənd sakinləri 1984-cü il təvəllüdlü Muradova Esmira Salamat qızı və 1962-ci il təvəllüdlü Şükürova Nisə Şahverdi qızı ağır qapalı kəllə-beyin travması diaqnozu ilə Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsində yerləşdiriliblər. Onların vəziyyətinin ağır olduğu bildirilir.  

Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən hadisə ilə bağlı istintaq aparılır.