Hacıqabulda yol qəzası - 1 ölü

haciqabulda-yol-qezasi
Oxunma sayı: 1724

Hacıqabul rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo”nun APA-ya istinadən verdiyi məlumata görə, qəza saat 20.00 radələrində Bakı-Qazax magistralının 94-cü kilometrliyində, Hacıqabul rayonu Navahi kəndi ərazisində qeydə alınıb.

Bakı sakini İlham Hüseynovun idarə etdiyi “Mercedes” markalı 99 FR 252 dövlət nömrə nişanlı avtomobillə yolu keçən Hacıqabul rayonu Nəvahi kənd sakini, 1993-cü il təvəllüdlü Rəhimov Rauf Rövşən oğlunu vurub. Piyada aldığı ağır bədən xəsarətlərindən hadisə yerində ölüb.

Faktla bağlı BDYPİ tərəfindən araşdırma aparılır.