Hacıqabulda yol qəzası - 3 yaralı

haciqabulda-yol-qezasi
Oxunma sayı: 1205

Hacıqabulda qarlı hava şəraitində baş verən avtoqəza nəticəsində 3 nəfər ağır xəsarət alıb.

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, 20.30 radələrində Bakı-Qazax magistralının Hacıqabul rayonu Nəvahı kəndi ərazisindən keçən hissəsində minik avtomobillərin toqquşması nəticəsində 3 nəfər xəsarət alıb. Xəsarət alan şəxslər təcili yardım maşınları ilə Şirvan şəhər xəstəxanasına aparılıb.  Avtoqəzanın təfərrüatları və yaralıların adları dəqiqləşdirlir.

Faktla bağlı BDYPİ tərəfindən hadisə yerində araşdırma aparılır.