Hacıqabulda yol qəzası, 7 yaralı - Foto

haciqabulda-yol-qezasi-7-yarali
Oxunma sayı: 2392

Hacıqabulda baş verən yol qəzasında 7 nəfər xəsarət alıb.

"Qafqazinfo" Azərtac-a istinadən xəbər verir ki, hadisə rayonun Pirsaat kəndi ərazisində qeydə alınıb. “Mercedes” markalı iki minik avtomobilinin toqquşması nəticəsində 7 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. Qəza nəticəsində xəsarət alanlar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.