Hacıqabulda yük maşınından kişi meyiti aşkar edilib.
"Qafqazinfo"nun məlumatına görə, hadisə Padar kəndində baş verib.
Yol kənarında dayanmış yük maşınına baxış keçırən polis əməkdaşları maşının kabinəsində kişi meyiti aşkar ediblər. Araşdırma zamanı meyiti tapılan sürücünün Bakı şəhər sakini, 1965-ci il təvəllüdlü Nəsirov Elçin Şirəli oğlu olması müəyyən edilib.
Onun meyiti müayinə olunması üçün aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Tural Hüseynli
Son xəbərlər
Son Xəbərlər