Hacıqabuldakı ağır yol qəzası ilə bağlı rəsmi açıqlama

haciqabuldaki-agir-yol-qezasi-ile-bagli-resmi-aciqlama
Oxunma sayı: 3235

Fövqəladə Hallar Nazirliyi Hacıqabul rayonu ərazisində baş vermiş ağır yol qəzası ilə bağlı məlumat yayıb. 

“Qafqazinfo”nun FHN-in saytına istinadən verdiyi xəbərə  görə, Böhran Vəziyyətlərdə İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Hacıqabul rayonunun Qarasu kəndində “KAMAZ” markalı yük avtomobili ilə “BMW” markalı minik avtomobili toqquşub. Hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilində sıxılmış vəziyyətdə qalmış qadın cəsədi (şəxsiyyəti məlum deyil) deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat başa çatıb.