Hacıqabuldakı yanğında 6 ailə təxliyə edildi - 1 yaralı

haciqabuldaki-yanginda-6-aile-texliye-edildi-
Oxunma sayı: 1064

Hacıqabul şəhərində yanğın hadisəsi baş verib.

“Qafqazinfo” report-a istinadən xəbər verir ki, hadisə Hacıqabul şəhəri, İbrahim Bayramov küçəsində qeydə alınıb.

Həmin ünvanda yerləşən 3 köhnə yaşayış binası alovlanmağa başlayıb. Hadisə yerinə Hacıqabul və Şirvan yanğından mühafizə hissələrinə məxsus texnika və canlı qüvvə cəlb olunub. Binada yaşayan 6 ailə təxliyə edilib, 1 nəfər xəsarət alıb.

Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.