Hadı Rəcəbli “qalmaqallı iclas”ı təxirə saldı

hadi-recebli-qalmaqalli-iclasi-texire-saldi
Oxunma sayı: 3149

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin fevralın 6-da keçiriləcək iclası təxirə salınıb.

QafqazinfoÖlkə.az-a istinadən xəbər verir ki, iclasın təxirə salınmasının səbəbləri hələlik məlum deyil.

Komitə iclasında “Əmək pensiyaları haqqında” qanununa dəyişiklik layihəsinin müzakirəyə çıxarılması planlaşdırılmışdı.

Fevralın 6-da keçirilməsi nəzərdə tutulan iclasa az sayda-yalnız hökuməti təmsil edən media orqanları dəvət olunmuşdu. Bu qərar digər jurnalistlərin etirazına səbəb olub.

Qeyd edək ki, Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəblidir.