Hadisə ilə Rza Zərrabın gizli münasibətini belə öyrənibmiş...

Hadisə ilə Rza Zərrabın gizli münasibətini belə öyrənibmiş...
Oxunma sayı: 8927

Türkiyənin pop ulduzu Hadisənin əslən cənubi azərbaycanlı olan iş adamı Rza Zərrabla gizli münasibətini necə üzə çıxdığı müəyyənləşib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə tanınmış türkiyəli aparıcı Bircan Bali “Söylemezsem olmaz” proqramında məlumat verib.

Onun sözlərinə görə, hər şey Rza Zərrabın Hadisəyə göndərdiyi hədiyyədən sonra üzə çıxıb:

“Ebru Gündeşin onsuz da şübhələri var idi. Seda Sayan koronavirusa yoluxduğu üçün “O Səs Türkiyə” yarışmasının Yeni il çəkilişlərinə qatıla bilməmişdi. Buna görə də onun yerinə Ebru Gündeş dəvət olunmuşdu. Çəkilişlər bitib hamı səhnə arxasına keçəndə, Hadisəyə bir çanta gəlir. Hadisə çantanı gizlətməyə çalışarkən Ebru Gündeş “Nə gözəl çantadır?” deyə onu açır və ərinin adını çekdə yazıldığını görür. Buna Murat Bozun meneceri də şahiddir. Bundan sonra Acun Ilıcalı Hadisəni oradan göndərmişdi”.

Xatırladaq ki, Ebru Gündeşlə 11 illik həyat yoldaşı Rza Zərrab ötən il boşanıb.