Hadisə kirayə qaldığı evdən çıxdı - Pulu ödəyə bilmir

hadise-kiraye-qaldigi-evden-cixdi
Oxunma sayı: 4347

Türkiyənin məşhur pop ulduzu Hadisə 5 il yaşadığı kirayə evi tərk edib. “Qafqazinfo” xəbər verir ki, 32 yaşlı müğənni Cem Yılmazın sahib olduğu İstanbuldakı mənzildən çıxmaq məcburiyyətində qalıb. 

O, kirayə haqqı kimi 5 min dolları (19 min TL) ödəyə bilməyib.  Buna səbəb kimi dollar kursunda olan dəyişiklik göstərilib. 

Hadisə “Cem mənə köməklik edərdi. İstəmədim, ayıb olar. Düşündüm ki, qiyməti endirmək mənə yaraşmaz. Dollar qalxdı, mənə belə xeyir etmir”- deyə açıqlama verib.