Hadisə mühafizəçisini işdən çıxardı, qalmaqal yarandı

hadise-muhafizecisini-isden-cixardi-qalmaqal-yarandi
Oxunma sayı: 2576

Türkiyənin pop ulduzu Hadisənin mühafizəçisini işdən çıxarması qalmaqala səbəb olub. Belə ki, sözügedən insidentdən sonra işdən qovulan Mehmet Y-nin xanımı Gülşah Y. ilə sənətçinin meneceri, bacısı Hülya Açıkgöz məhkəməlik olub.

Buna səbəb qarşı tərəfin H. Açıkgözə şantaj xarakterli mesaj yazması olub. Gülşah Y. Sosial Müdafiə Qurumuna şikayət edəcəyini, TV-yə çıxıb qalmaqallı açıqlamalar verəcəyini bildirib.

Müğənninin bacısı isə hüquq-mühafizə orqanlarına müraciət edib. Məhkəmədə təqsirləndirilən şəxs H. Açıkgözü təhdid etmədiyini, onların diqqətini çəkmək üçün kobud tərzdə mesaj yazdığını vurğulayıb.

“Ərim 6 ay Hadisənin sığortasız mühafizəçisi olub. Əməyinin qarşılığını da almayıb”- deyə Gülşah Y. bildirib.

Hakim mesajların bəsit hədə xarakterli olduğunu bildirərək Gülşah Y.-nın müəyyən miqdarda təzminat ödəməsi barədə qərar çıxarıb.