Hadisə pərəstişkarından yenə polisə şikayət etdi

Hadisə pərəstişkarından yenə polisə şikayət etdi
Oxunma sayı: 1153

Türkiyənin pop ulduzu Hadisə pərəstişkarı barədə hüquq-mühafizə orqanlarına növbəti dəfə şikayət edib.

“Qafqazinfo” xəbər verir ki, sənətçi dəfələrlə evinə gələrək onu və bina sakinlərini narahat edən fanatı Tarik Ü. ilə bağlı polisə müraciət edib.

Hadisə qeyd edib ki, həmin şəxs məhkəmənin uzaqlaşdırma qərarını heçə sayaraq iki gün ard-arda yaşadığı əraziyə gəlib, mühafizəçilərlə problem yaşayıb, gecə saatlarında səs-küy çıxarıb.

İfaçı bildirib ki, həmin şəxsin belə addımlarının qarşısını almaq üçün Prokurorluğa gedərək şikayətçi olmaq məcburiyyətində qalıb.