Hadisədən Aslı və Muradla bağlı açıqlama

hadiseden-asli-ve-muradla-bagli-aciqlama
Oxunma sayı: 3024

Türkiyənin pop ulduzu Hadisə həmkarı Murad Bozla aktrisa Aslı Enverin ayrılığında rolu olması barədə yayılan məlumatlara münasibət bildirib.

“Qafqazifo” xəbər verir ki, o, əvvəlcə KİV nümayəndələrinin mövzu barədə verdiyi suala əsəbiləşib, daha sonra Aslı və Murad mövzusunda çox danışmayacağını qeyd edib:

“Bu nə hörmətsizlikdir? Bizim dostluq münasibətimiz var. Amma siz belə suallar verirsiz. Biz illərdir bu mövzuda danışırıq ki, dostuq. Buna baxmayaraq, həmin məsələlər yenidən danışılır və bundan narahat oluruq. Aslı və Muradı çox sevirəm. Onların özəl həyatını kameralar qarşısında danışmaram”.