Gənc müğənni Narana söz və musiqisi Günel Sərdarqızına, aranjimanı İskəndər Paydaşa məxsus “Gülümsə” mahnısına çəkdirdiyi klipini təqdim edib.
“Qafqazinfo” xəbər verir ki, ritmik mahnı Türkiyədə, İskəndər Paydaşın studiyasında lentə yazılıb. Rejissorluğunu Tamer Aydoğdunun etdiyi klipin çəkilişləri bir gün ərzində İstanbulda aparılıb.
Qeyd edək ki, T.Aydoğdu Sibel Can, Demet Akalın, Hadisə və bir çox tanınmış müğənnilərin kliplərinin rejissorudur. O, Narananın klipini sujetsiz çəkib. Müğənninin tərəf müqabili model rəfiqəsidir. Sənətçinin klipdəki geyimləri türkiyəli stilistlər tərəfindən hazırlanıb.






Son xəbərlər
Son Xəbərlər