Partiyanın icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov “Qafqazinfo”ya açıqlamasında qeyd edib ki, Azərbaycan ərazisində həmişə erməni terroru törədilib və buna görə də ökəmiz həmişə terrorun əleyhinədir: “ Kimliyindən asılı olmayaraq zorakılığın həyata keçirilməsi düzgün deyil. Fransada terroru həyata keçirənləri izlədikdə görünür ki, bunlar kifayət qədər professional insanlardır. Uzun müddət o ərazidə fəaliyyət göstəriblər, oranı yaxşı tanıyırlar. Bu hadisə ilə bağlı başqa-başqa qrupların adlarını çəkirlər. Xüsusilə də bunu İslama qarşı yönəltməyə çalışırlar. Bilirsiniz ki, on gündür ki, müsəlmanların Avropanın ayrı-ayrı şəhərlərindən çıxıb getməsi ilə bağlı çağırışlar var idi. Hətta bu aksiyaya siyasi partiyalar, QHTl-ları da qoşulmuşdu. Hesab edirəm ki, bu prosesin ardıcıllığını da nəzərə alıb demək olar ki, bu baxımdan terror aktı törədilib, həmçinin bu hadisə insanların islama nifrətinin yönəldilməsinə xidmət etsin. İstintaq təbii ki, bu məsələni araşdıracaq. Kimliyindən asılı olmayaraq heç bir xalqın, millətin inanclı insanlarının hissiyyatına toxunulmamalıdır. Hesab edirəm ki, iki il bundan qabaq karikaturanın çəkilməsi hadisəsi ilə də bunu bağlamaq bəhanədir”.
Günel Türksoy
Son xəbərlər
Son Xəbərlər