Hadisənin 1,2 milyonluq reklamı - Yarım ton sudan istifadə olundu

hadisenin-12-milyonluq-reklami
Oxunma sayı: 3722

Türkiyəli müğənni Hadisənin reklamı üçün yarım ton sudan istifadə olunub.

“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, Fənərbaxça parkında reallaşan çəkiliş 11 saat davam edib.

Müğənni 1,2 milyon TL qonorar aldığı reklam filmində bacısı Derya Açıkgözün hazırladığı geyimdən istifadə edib.

Belçikalı reklam rejissoru Bruce Parramorenin və 125 nəfərlik nəhəng bir heyətin təşkil etdiyi reklam filmində yarım ton mədən suyundan istifadə olunub.